HƏMAS İrandan bunu istəyib – Cəlalzadə

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İrana son səfəri zamanı ölkədə geniş dəstək mitinqlərinin keçirilməsini istəyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının baçısı Vahid Cəlalzadə deyib.

Cəlalzadə İsrailə qarşı bəyanat və mitinqlərin dayandırılmamalı olduğunu bildirib:

“HƏMAS İran xalqından hərbi texnika və ya raket istəmir, onlar ancaq bizim dəstək aksiyaları keçirməyimizi, İsrailə qarşı şüarlar səsləndirməyimizi istəyirlər”.