Həbsdə olan generalın şikayəti təmin olunmadı

“Tərtər işi” ilə əlaqədar həbs olunan general-mayor Bəkir Orucovun apellyasiya şikayəti təmin olunmayıb.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

Sentyabrın 2-də Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş həbs qərarı dəyişdirilmədən saxlanılıb. Məhkəmə qərarın dəyişdirilməsi üçün əsasların olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub. O, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib.