
Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvili andiçmədən sonra rəsmən vəzifə fəaliyyətinə başlayıb.
Globalinfo.az xəbər verir ki, o, işlərini prezident iqamətgahında həyata keçirəcəyini bildirib.
Hazırda keçmiş prezident Salome Zurabişvili iqamətgahı tərk edir. Onunla vidalaşmaq üçün 2 mindən çox gürcü binanın qarşısına toplaşıb.
***
Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi başlayıb.
Globalinfo.az xəbər verir ki, mərasim hazırda Gürcüstan parlamentində keçirilir.
Mərasimdə ABŞ-ın maliyyə sanksiyalarına məruz qalan, Gürcüstanən hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurucusu Bidzina İvanişvili də iştirak edir.
Keçmiş prezident Salome Zurabişvili isə artıq andiçmədən sonra iqamətgahı könüllü şəkildə tərk edəcəyini açıqlayıb.
Hazırda Gürcüstan xalqı prezident iqamətgahının önünə toplaşır.
Əliyar Xəlil
Globalinfo.az