“Fransanın Ermənistana satdığı hərbi texnikanın iki yolla – Gürcüstan və ya İran üzərindən İrəvana çatdırılması mümkün idi. Paris Tehranla bu məsələdə sövdələşməyə getmək istəmədi”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, görünür, Paris Gürcüstan hakimiyyətinin razılığını alıb:
“Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olsa da, Fransanın təzyiqi və şantajı qarşısında hərbi texnikanın öz ərazisindən keçidinə şərait yaradıb. Görünür, Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib. Yəni deyiblər ki, “Avropa İttifaqının üzvü olmaq və Fransanın dəstəyini almaq istəyirsənsə, hərbi texnikanın keçidinə şərait yaratmalısan”. Tbilisidə də düşünüblər ki, hərbi texnikanın keçidinə şərait yaratmaq Parisə “yox” cavabından daha faydalıdır. Halbuki Gürcüstanın Ermənistana “hədiyyəsini” gərək unutmayaq”.
Zaira Akifqızı
Globalinfo.az