partiya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin hakim “Gürcü Arzusu” partiyasının yeni sədri olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Bildirilib ki, bu gün partiyanın qurultayı keçirilib.

“O, bundan əvvəl 2021-ci ildən 2024-cü ilə qədər bu vəzifədə olub”, – deyə əlavə edilib.

Qeyd edək ki, partiya sədri vəzifəsi İrakli Qaribaşvilinin 2025-ci ilin aprelində istefasından sonra boş qalıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: