Gürcüstanın daxili işlər naziri Gela Geladze, birinci müavini Roni Mesk ilə birlikdə Signagi bələdiyyəsində Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğradığı ərazidə olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin rəsmi feysbuk hesabında paylaşım edilib.
Hadisə yerində xilasedici və istintaq əməliyyatları aktiv şəkildə davam etdirilir. Nazir Geka Geladze, müavini və müxtəlif polis bölmələrinin rəhbərləri ilə birlikdə qəza yerinə baxış keçirib və görülən işlər barədə məsul qurum rəhbərlərindən məlumat alıb.
Məlumata görə, hadisə Gürcüstanın dövlət sərhədindən təxminən 5 kilometr məsafədə – Signagi bələdiyyəsində baş verib. Türkiyəyə məxsus hərbi təyyarə Azərbaycan–Türkiyə istiqamətində uçuş həyata keçirirmiş.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi ilə istintaq aparılır. Bu maddə hava nəqliyyatının təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümü ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Aysel Əliyeva
Globalinfo.az