Kobaxidze: “Azərbaycanla bağlı önəmli planlarımız var” – VİDEO

“Azərbaycana səfərim mənim üçün çox önəmli idi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Baku TV-yə açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O bildirib ki, Brüsseldən sonra bölgədəki ilk səfəri Azərbaycana olub:

“Prezident İlham Əliyevlə mühüm görüşümüz baş tutdu. Azərbaycan-Gürcüstan münasibətləri, dostluğumuz və tərəfdaşlığımızla bağlı bütün mövzularda olduqca səmimi və məhsuldar söhbətimiz oldu. Siyasi, iqtisadi və mədəni sahələr üzrə bir sıra təşəbbüslərimiz, eləcə də önəmli planlarımız var”, – deyə o bildirib.

Ətraflı süjetdə: