Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolu AÇILDI

Gürcüstandan Rusiya Federasiyasına gedən Yuxarı Lars yolu  yük maşınları üçün açılıb.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, yolun Qudauri-Kobi hissəsindən keçən hissəsində hərəkət qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanmışdı. Artıq Yuxarı Lars beynəlxalq buraxılış məntəqəsi (Gürcüstan-Rusiya sərhədi) vasitəsilə Gürcüstandan Rusiyaya gedən yol bütün növ nəqliyyat vasitələri üçün açılıb. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Qeyd olunur ki, Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolunda nəqliyyatın hərəkəti dekabrın 22-də bağlanıb. Yolun Qudauri-Kobi hissəsi təmizləndikdən sonra qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib. Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Bu yol əlverişsiz hava şəraiti səbəbindən vaxtaşırı bağlanır.

Əliyar Xəlil
Globalinfo.az