tbilisi tiflis

“Bu ilin yanvar-iyun aylarında fiziki şəxslərin Gürcüstandan xaricə pul köçürmələrdə birinci yeri Azərbaycan tutub – Gürcüstandan bizim ölkəmizə 2026-cı ilin ilk yarısında 36,5 mln. dollar pul köçürülüb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə, bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75,3% çoxdur. İqtisadçı bildirib ki, son 2-3 ildə Azərbaycandan Gürcüstana işləməyə gedənlərin sayı kəskin artıb – son 1,5 ildə Azərbaycandan 3000-ə yaxın əmək miqrantı Gürcüstanda rəsmi qeydiyyata düşüb.

N.Cəfərli Azərbaycandan Gürcüstana pul köçürmələri haqda isə bunları bildirib:

* 2021-ci il: 60 milyon ABŞ dolları

* 2022-ci il: 51,3 milyon ABŞ dolları

* 2023-cü il: 45,0 milyon ABŞ dolları

* 2024-cü il: 40,2 milyon ABŞ dolları

* 2025-ci il: 26 milyon 244 min ABŞ dolları (illik müqayisədə 42% kəskin azalma)

natiq ceferli real 2

Natiq Cəfərli

Gürcüstandan avtomobil gətirilməsi xeyli azalıb – bu amil də fiziki şəxslərin Gürcüstana pul köçürmələrinin azalmasına təsir edir, amma, Gürcüstandan Azərbaycana pul köçürmələrin artımı sırf əmək miqrantları və Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycandakı qohumlarına göndərdiyi pulun miqdarının artması ilə əlaqədardır”.

“Gürcüstandakı vəziyyəti az-çox bilirəm, illərdir tendensiyaları görmüşəm, izləmişəm, cəmi 10 il əvvəl Azərbaycanda yaşayan, əslən Gürcüstandan olan soydaşlarımız öz qohumlarına, yaxınlarına həmişə pul göndərirdilər – indi əks proses başlayıb. Burdan ora işləməyə gedənlər artır, Gürcüstanda yaşayan soydaşlarımız daha çox varlandıqca, burdakı qohumlarına kömək etməyə başlayırlar” – Natiq Cəfərli qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: