Gürcüstandakı sürüşmədə ölənlər arasında azərbaycanlı varmı?

Gürcüstanın Oni munisipalitetində baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

“Şovi fəlakət zonasında həlak olan və ya xəsarət almış azərbaycanlılarla bağlı heç bir məlumat daxil olmayıb”, – deyə səfirlikdən bildirilib.

Qeyd olunub ki, səfirlik Gürcüstanın aidiyyəti orqanları ilə təmasdadır və bu barədə məlumat olarsa ictimaiyyətə ötürüləcək.

Qeyd edək ki, sürüşmə nəticəsində 6 nəfər həlak olub, 35 nəfərlə əlaqənin kəsildiyi bildirilir.