Gürcüstandakı seçki İrəvanı qorxuya saldı: Cavax erməniləri…

irevan 9

“Gürcüstanda baş verənlər Ermənistan üçün narahatlıq doğurur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan deyib.

O, Tbilisidə hakim partiyanın qalibiyyətinin digər ölkələrə də təsir edəcəyini bildirib:

“Bu, həm də Moldova, Ukrayna, Ermənistan və Gürcüstanın olduğu Cənub-Şərqi Avropa regionu üçün bir şansdır. İrəvan bölgədə demokratiyanın lideri ola bilər. Lakin Baş nazir Nikol Paşinyanın qalib Gürcü Arzusu Partiyasını tələsik təbrik etməyə çalışması uğursuz diplomatik addım idi. Bu, şansımızı zəiflədir. İndi Qərbdə Paşinyanla bağlı əvvəlki illüziyalar yoxdur.

Amma İrəvan üçün problemli vəziyyət var. Sabah Gürcüstan Rusiyanın tələbi ilə Fransa silahlarının Ermənistana daşınması üçün ərazisini bağlasa, o zaman Bidzina İvanişvilinin partiyasına səs verən Cavax erməniləri də, bunu dəstəkləyən Ermənistan hakimiyyəti də günahı üzərinə götürəcək”.

Ayşən Mustafa
Globalinfo.az