Gürcüstanda yerli seçkilər oktyabrın 4-də keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.
Seçkilərdə şəhər və rayon merləri, həmçinin yerli məşvərətçi orqanlara (sakrebulo) deputatlar seçiləcək.
Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına sonuncu seçkilər 2021-ci ilin oktyabrın 2-də baş tutub.