Gürcüstanda yeni etirazların başlamasının səbəbi – Qrant agenturasının son cəhdi, yoxsa?…

gurcustan etiraz 1

Xəbər verdiyimiz kimi Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyası keçirilib. Aksiyaçılar yeni seçkilərin keçirilməsini və həbs olunanların azadlığa buraxılmasını istəyirlər.

Yeni prezident seçiləndən bu yana aksiyaların səngidiyinin şahidi olurduq. Lakin yenidən bir hərəkətlilik başlayıb.

Aksiyaların yenidən başlaması nə vəd edir?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Gürcüstanda baş verən daxili siyasi proseslər artıq məntiqi sonluğuna doğru yaxınlaşır:

“Çünki parlament seçkilərindən sonra Qərbin himayəsi altında Gürcüstanda başladılmış dövlət çevrilişi cəhdləri planlaşdırılan nəticələri vermədi. Artıq bu kütləvi etiraz dalğası zəifləməyə və səngiməyə doğru yönəlib. Ara-sıra hərəkətlilik müşahidə olunsa da bu, müvəqqəti xarakter daşıyır. Əvvəlki intensivliyini və təsir gücünü itirməyə başlayıb. Böyük ehtimalla Qərbdə hansısa dairələr Gürcüstanda sakitliyin yaranmasında maraqlı deyillər. Ona görə də yenidən Gürcüstandakı qrant agentura şəbəkəsini növbəti dəfə hərəkətə gətirmək niyyətinə düşüblər. Ola bilsin ki, bu onların sonuncu cəhdləridir. Ümumiyyətlə, Gürcüstanın və Cənubi Qafqazın gələcəyinin müəyyənləşməsində Tramp administrasiyasının regionla bağlı siyasi kursunun məzmunu aydınlaşdıqdan sonra bəzi təsəvvürlər yaranmağa başlayacaq. Bayden administrasiyasının Cənubi Qafqaz siyasəti geopolitik təxribatlar üzərində qurulmuşdur”.

elcin

Elçin Xalidbəyli

Politoloqun sözlərinə görə, Tramp administrasiyası Bayden siyasətini davam etdirməyəcək:

“Tramp administrasiyasının erməni faktorunu arxa plana keçirərək Cənubi Qafqazdakı strateji hədəflərinə Azərbaycanla real strateji tərəfdaşlıq çərçivəsində davam etdirəcəyinə ümidlər var. Bu baxımdan Ermənistanda da müəyyən narahatlıqların olduğu müşahidə edilir. Tramp administrasiyası Bayden siyasətini davam etdirməzsə, Cənubi Qafqazda bir çox məsələlər müsbət həllini tapacaq o cümlədən Gürcüstanda”.

Safura Bənnayeva
Globalinfo.az