Gürcüstanda “oğru aləmi”nə qarşı keçirilən əməliyyat nəticəsində 26 nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyatın Tbilisi, İmereti və Sameqreloda baş tutduğu bildirilir. Dörd nəfərə qiyabi ittiham irəli sürüldüyü, onlardan üçünün “qanuni oğru” olduğu bildirilir.
Qeyd olunur ki, saxlanılan “Oğru aləmi” üzvləri və “oğru aləmi” tərəfdarları vətəndaşlar arasında yaranmış maliyyə mübahisələrinin qanunsuz yollarla həllinə cəlb olunublar. Təqsirləndirilən şəxslər xaricdəki “qanuni oğrularla” əlaqə saxlayıb, şəxsi maraqları üçün “oğru yığıncaqları” təşkil ediblər.