Tbilisidə həyəcan pik həddə: Bu gün saat 15:00-da…

Gürcüstan müxalifəti bu gün yenidən etiraz aksiyasına hazırlaşır.

Globalinfo.az xəbər verir ki, yeni aksiyanın yerli vaxtla 15:00-da keçirilməsi nəzərdə tutulub.

Artıq aksiya ilə bağlı müxalif liderlər də əhaliyə müraciət edib. Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili hər kəsi etirazlara səsləməklə yanaşı, bunun hansısa siyasi partiya üçün yox, bütün ölkə üçün mübarizə olduğunu bildirib.

Aqmaşenebeli Strategiyası Partiyasının sədri Georgi Vaşadze isə Gürcüstan hökumətinin  aksiyanı dağıtmasına dünya ictimaiyyətinin mütləq reaksiya verəcəyini söyləyib.

Qeyd edək ki, dünən Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulundan sonra başlayan aksiyalarda 66 nəfər saxlanılıb. Aksiyalar polis tərəfindən güc tətbiqi ilə dağıdılıb. Müxalifətdə yer alan Qirçi Partiyasının sədri Zurab Caparidze polis tərəfindən oğurlanaraq parlamentin həyətində döyülüb və onun hazırda həbsdə saxlanıldığı güman edilir.

İlkin Həsənov
Globalinfo.az