Gürcüstanda torpaq sürüşməsi: ölənlər var – FOTO

Gürcüstanın İmereti şəhərində torpaq sürüşməsi nəticəsində azı 3 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sürüşmə nəticəsində 4 evə zərər dəyib. İndiyədək ərazidən 3 nəfərin cəsədi, aralarında azyaşlıların da olduğu daha 6 nəfərin axtarışları davam edir.

Hadisə yerinə 200-dən çox yanğınsöndürən və xüsusi texnika cəlb olunub.

Əliyar Xəlil
Globalinfo.az