Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

Gürcüstanın Oni bələdiyyəsində Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Xilasedicilər Şovi dağ kurortunda daha bir nəfərin cəsədini tapıblar.

Məlumata görə, 5 insan cəsədinin parçaları da aşkar edilib və hazırda onların tanınması prosesi gedir. Daha səkkiz nəfərin axtarışı davam etdirilir.

Xatırladaq ki, avqustun 3-də Şovidə baş verən sürüşmə insan tələfatı ilə nəticələnib. Həmçinin evlər, yollar və körpülər uçub.