2019 07 08 michael roth politiker hart aber fair 6448

Almaniya parlamentinin Xarici Münasibətlər Komitəsinin sədri Mixail Rot sentyabrın 18-i və 19-da Ermənistana səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, məlumatı Almaniyanın Ermənistandakı Səfirliyi yayıb.

Səfər zamanı Ermənistanda reformlara dəstək, İrəvanın Avropa Birliyi ilə yaxınlaşması, Azərbaycanla sülh danışıqları və Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi bildirilib.

Qeyd edək ki, Mixail Rot Ermənistana Gürcüstandan gələcək. O, Gürcüstan hökuməti tərəfindən “sevilməyən şəxs” sayılır. Məsələ burasındadır Rot bu il ərzində iki dəfə Gürcüstana səfər edərək, hökuməti açıq tənqid edib və müxalifətə açıq dəstək verib.

Paylaş: