WhatsApp Image 2024 11 01 at 11.47.39

Rusiyalı məşhur təbliğatçı Aleksandr Malkeviç Gürcüstanda parlament seçkiləri günü Tbilisidə olub.

Globalinfo.az xəbər verir ki, məlumatı Səhədsiz Reportyorlar Təşkilatı yayıb.

Təşkilat Malkeviçi “Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə təbliğat şəbəkəsinin əsas qurucusu” adlandırıb.

Bildirilib ki, Malkeviçin tabeliyində əhəmiyyətli resurslar var və onların Tbilisidə də istifadə edilməsi ehtimal olunur.

Qeyd edək ki, Malkeviç “Vaqner”in mərhum rəhbəri Yevgeni Priqojinin əsas adamlarından olub. ABŞ onu 2021-ci ildə sanksiya siyahısına salıb. Vaşinqton onun Priqojinin qlobal dezinformasiya əməliyyatlarını apardığını bildirib. Malkeviç həmçinin ABŞ-dakı seçki kampaniyasına müdaxilədə ittiham edilib. ABŞ onun barəsində məlumat verənlər üçün mükafat da təyin edib.

WhatsApp Image 2024 11 01 at 11.45.18

Paylaş: