68c588fe1474368c588fe14744175777612668c588fe1474168c588fe14742

Vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən Gürcüstanın keçmiş müdafiə naziri Xuanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçilib. Bununla da hakim Eka Barbakadze ittiham tərəfinin vəsatətini təmin edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Bundan əvvəl müdafiə tərəfi zaminə buraxılması ilə bağlı məhkəməyə vəsatət vermiş, hakim təmin etməmişdi.

Paylaş: