DpL67Tg1NbZqQOP2ssP7SjfokvMOgtl0CmFWcO7h 1200

Tbilisi Şəhər Məhkəməsi müxalif “Güclü Gürcüstan — Lelo” partiyasının liderlərindən biri olan Aleksandre Elişaşvilinin həbs olunması barədə qərar verib.

Globalinfo.az bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Elişaşvili şəhər məhkəməsinin binasını yandırmağa cəhd ittihamı ilə saxlanılıb. Ona qarşı terror aktına cəhd maddəsi üzrə cinayət işi açılıb. İttiham 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Məhkəmə iclası zamanı siyasətçi özünü təqsirli saymadığını və irəli sürülən ittihamları rədd etdiyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: