mRQIwdnl2z0eXaaamu05zQBkshWpnuPgWpsHstei 1200

Gürcüstanın Daxili İşlər Nazirliyi Mərkəzi Seçki Komissiyasının rəhbəri Giorgi Kalandarişviliyə hücumla bağlı qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cinayət işi açıb.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

DİN-in məlumatına görə, “Vahid Milli Hərəkat” partiyasının nümayəndəsi David Kirtadze Mərkəzi Seçki Komissiyasının yekun iclasında Kalandarişvilinin üzərinə naməlum qara maye töküb.

Qeyd olunur ki, insident noyabrın 16-da parlament seçkisinin nəticələrinə yekun vurulan iclasda baş verib.

MSK sədri gözündən zədə alıb və bundan sonra o, mətbuat üçün brifinqi davam etdirə bilməyib.

 

Paylaş: