Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament binasının qarşısına toplanmış etirazçılara xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, mitinq başlayandan bir qədər sonra ərazidəki etirazçıların bəzilərinin hərəkətləri zorakılığa çevrilib.
O cümlədən, aksiya iştirakçıları qanunverici orqanın hasarlarını zədələyib, daş və digər əşyalardan istifadə etməklə parlamentin 10-a yaxın pəncərəsinin şüşəsini sındırıblar.
Polis etirazçıları nizam-intizamlı olmağa çağırıb və hər bir qanun pozuntusuna müvafiq hüquqi cavab veriləcəyi vurğulanıb.