6a649ef62cfc16a649ef62cfc217849791906a649ef62cfbf6a649ef62cfc0

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 24 və 25 iyul tarixlərində ölkə miqyasında baş vermiş elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə DTX-dan bildirilib.

Məlumata əsasən, araşdırma sabotaj maddəsi üzrə aparılır. Bu maddə dövlət müəssisəsinin və ya digər vacib obyektlərin normal fəaliyyətini pozmaq və ya Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə onlara zərər vurmağı və yaxud məhv etməyi nəzərdə tutur.

DTX araşdırmanın gedişatı barədə ictimaiyyəti tədricən məlumatlandıracağını vurğulayıb.

Paylaş: