Gürcüstanda aksiya keçirilir – Parlament yolu bağlanıb

Tiblisidə Parlament qarşısında “Vahid Milli Hərəkat”ın təşkilatçılığı ilə “Avropada birlikdə” aksiyası keçirilir.

Globalinfo.az xəbər verir ki, aksiya Gürcüstan, Ukrayna və Avropa İttifaqının himnləri ilə açılıb.

Mitinqlə əlaqədar olaraq Parlamentin qarşısındakı yol bağlanıb. Aksiya iştirakçıları ölkənin inkişaf yolunun Avrointeqrasiyadan keçdiyini iddia edir, hakimiyyətdən Aİ-yə namizəd statusu almaq üçün Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyi tələb edirlər.

Onlar həmçinin “Mtavari” telekanalının baş direktoru Nika Qvaramiyanın və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin, azad edilməsini tələb edirlər.