1765203738 4eae3567983c1231f0a02fedd85293dd 10

Gürcüstana yeni giriş qaydası 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək.

Globalinfo.az “Modern.az”a istinadla xəbər verir ki, Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, ölkəyə daxil olan xarici vətəndaşların etibarlı tibbi sığortası olmalıdır.

Açıqlamada deyilir: “Minimum sığorta məbləği ən azı 30.000 lari (təxminən 12.000 dollar) olmalıdır. Sığortanın təmin edilməməsi sərhəddə girişin rədd edilməsinə və ya əlavə tələblərə səbəb ola bilər”.

Paylaş: