Rəsmi Tiflis növbəti dəfə Bakı ilə İrəvan arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili parlamentdə çıxışı zamanı deyib.
“Sülh və qonşuluq münasibətləri çərçivəsində Gürcüstan daha əvvəl iki qonşu ölkə arasında konstruktiv dialoqa başlamaq üçün addımlar atıb. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə hazır olduğumuzu bildiririk. Gürcüstan regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylərin səmərəli olacağına inanır”, – o bildirib.
Ayşən Mustafa
Globalinfo.az