WhatsApp Image 2024 11 27 at 12.00.37

Gürcüstan xalqı yerli seçkilərdə sülh və xaos arasında seçim edir”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.

“Mən ictimaiyyətə qarşı səmimi olacağam. Biz bilirik ki, bir tərəfdə sülh, inkişaf və sabitlik, digər tərəfdə isə xaos, qarşıdurma və qütbləşmə var. Cəmiyyətimizin seçim etməkdə çətinlik çəkməyəcəyinə əminəm”, – Kavelaşvili bildirib.

Prezidenti ailəsi ilə birlikdə Tbilisidə səsvermədə iştirak edib.

Məlumata görə, yerli seçkilərə gözləniləndən az aktivlik olub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: