
Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejava sürücüsü ilə birlikdə Tokioda hücuma məruz qalıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə səfirin özü Tvitter səhifəsində yazıb.
O, naməlum şəxsin ön qapıdan arxa oturacağa hücumunu əks etdirən bir saniyəlik video yayıb:
“Birdən o, maşınının qapısını açıb hücuma keçdi. Bu biabırçılıqdır. Səfirlik sürücüsünə soyuqqanlı davranışına görə təşəkkür edirəm”.