Gürcüstan-Rusiya sərhədindəki buraxılış məntəqəsi bağlanacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buraxılış məntəqəsi sentyabrın 18-dən oktyabrın 2-dək, Moskva vaxtı ilə saat 05:00-dan 08:00-a qədər yol təmiri işləri ilə əlaqədar olaraq bağlanacaq.