Gürcüstan Rusiya ilə sərhədi bağlayır – 400 min rus…

Bazar ertəsi Gürcüstan 18-55 yaşlı rusiyalı kişilər üçün sərhədlərini bağlaya bilər.

Globalinfo.az bildirir ki, “Mash” “Telegram” kanalına istinadən verdiyi məlumata görə, bunu Ukrayna kanalının efirində Gürcüstan parlamentinin müxalifətçi deputatı Nona Mamulaşvili deyib.

Onun sözlərinə görə, hökumət bu yaxınlarda deputalara belə məlumat verib.

Məlumata görə,  prezident Vladimir Putinin səfərbərlik haqqında fərmanından bir neçə gün sonra Gürcüstana 400 minə yaxın Rusiya vətəndaşı gəlib. Onlar əsasən Lars sərhəd-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçiblər.

Nona Mamulaşvili deyib ki, Gürcüstanda rusların bu qədər çox olması ölkənin milli təhlükəsizliyinə birbaşa təhdiddir.

Bildirilir ki, rusların axını Gürcüstanda daşınmaz əmlakın və kirayə haqlarının iki dəfədən çox bahalaşmasına səbəb olub. Bundan başqa Tbilisidə tıxacların çoxalması və kriminogen durumun pisləşməsi müşahidə olunur.

Deputat qeyd edib ki, Gürcüstan hökuməti bu problemin daha da böyüməsinin qarşısını almaq üçün sentyabrın 26-da Rusiya sərhədini bu ölkənin vətəndaşı olan 18-55 yaş arasında olan kişilər üçün bağlayacaq.