Gürcüstan qarışdı: sırada türk ölkəsi var? – Riskli addım

Qazaxıstan parlamentində Xalq Partiyasının deputatları xarici agentlər haqqında qanunun qəbul edilməsini istəyirlər.

Globalinfo.az xəbər verir ki, partiya adından danışan deputat İrina Smirnova buna ehtiyac yarandığını bildirib.

“Qazaxıstan vətəndaşı olaraq anlamalıyıq ki, bizi təmsil edən informasiya haradan gəlir. O bizə müstəqil jurnalistlər, yoxsa ödənişi edilən jurnalistlər tərəfindən təqdim edilir? Çox tez-tez bu, ödənişi edilənlər, müəyyən gündəmi olanlar tərəfindən təqdim edilir. Bəzən bu gündəm ölkə üçün zərərli, destruktiv olur”, – o bildirib.

Deputatlar həmçinin Qazaxıstanda USAİD-in fəaliyyətini də tənqid ediblər. Smirnova isə deyib ki, Qazaxıstanda 200 QHT xaricdən maliyyə alır ki, onların da 70%-nin maliyyəsinin mənbəyi ABŞ-dir.

Qeyd edək ki, xarici agentlər haqqında qanunu bundan öncə Gürcüstan qəbul edib. Bundan sonra ölkədə etiraz aksiyaları başlayıb.

Əliyar Xəlil
Globalinfo.az