kavelasvili

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) ölkə prezident Mixeil Kavelaşvilinin mayın 9-da Moskvaya səfər edəcəyi ilə bağlı məlumatlar yayıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, VMHP üzvləri Levan Sanikidze və Tina Bokuçava etibarlı adlandırdıqları mənbələrə istinadla bildiriblər ki, M.Kavelaşvili mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etməyi planlaşdırır.

Prezidentin mətbuat xidmətindən yayılan informasiyaların həqiqətə uyğun olmadığı bildirilib.

Qeyd edək ki, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova M.Kavelaşvilinin Moskvada 9 May – Qələbə gününə həsr olunacaq mərasimlərə dəvət edilməsini nə təsdiq, nə də təkzib edib.

Paylaş: