Gürcüstan parlamentində əlbəyaxa dava – Video

Gürcüstan parlamentində yenidən gərgin anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, insident parlamentin Hüquq Komitəsinin iclasında xarici agentlər barədə qanun layihəsinin müzakirəsi zamanı yaşanıb. Nəticədə iclas yarımçıq dayandırılıb.

Mətbuat gərginliyin komitə sədri Anri Oxanaşvili ilə müxalif deputatlar arasında yaşandığını vurğulayıb. Aqmaşenebeli Strategiyası Partiyasının lideri Georgi Vaşadze Oxnaşvilini satqın adlandırıb:

“Sənin vətənin yoxdur, kimin maraqlarına xidmət edirsən? Sənin vətənin yoxdur. Sənin dövlətçilik hissin yoxdur”.

Vaşadzenin bu çıxışından sonra müxalif deputatlar zaldan çıxarılıb.

Qeyd edək ki, müxalifət bundan öncə xarici agentlər barədə qanunun ölkəni Qərbə inteqrasiyadan uzaqlaşdıracağını bildirib. ABŞ isə qanunun qəbulunu dəstəkləmədiyini bəyan edib. Hökumət yeni qanunun ölkəni AB-yə inteqrasiya kursundan imtinasına gətirib çıxarmayacağını bildirir.

İlkin Həsənov
Globalinfo.az