Gürcüstan parlamentində dava düşdü: yumruq zərbəsi – VİDEO

Gürcüstan parlamentində müzakirə zamanı deputatlar arasında mübahisə olub.

Globalinfo.az xəbər verir ki, “Xarici təsirin şəffaflığı barədə” qanun haqqında müzakirə aparılan zaman deputatlardan biri o birinə hücum edib.

Belə ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze qanun layihəsi ilə bağlı əsas kürsüdə çıxış etməyə başlayıb. Bu zaman müxalif “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili ona hücum edib.

Daha sonra isə onlar arasında dava düşüb.

Əliyar Xəlil
Globalinfo.az