Gürcüstan müxalifəti oktyabrın 26-dakı parlament seçkisindən sonra ölkədə iğtişaşlar təşkil edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Aydındır ki, radikal müxalifətin seçkidə qalib gəlmək üçün heç bir ümidi yoxdur. O, seçkidən sonra situasiyanı gərginləşdirməyə hazır olacaq. Onlar öz leksikonlarından “əgər Gürcü Arzusu qalib gəlsə” ifadəsini yığışdırıblar və daima “əgər Gürcü Arzusu seçkiləri saxtalaşdırsa” sözlərindən istifadə edirlər. Aydındır ki, onlar növbəti dəfə nəticələri tanımayacaqlar və dövlət institutlarına hücum edəcəklər”, – Kobaxidze bildirib.
O, seçkidən sonra situasiyanın gərginləşməsinin qarşısı ən sərt formada alınacağını bildirib.
Əliyar Xəlil
Globalinfo.az