Gürcüstan nüvə təhlükəsi ilə bağlı planı təsdiqlədi

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti 2024-2026-cı illər üçün kimyəvi, bioloji, radiasiya və ya nüvə təhlükəsi milli planını təsdiqləyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin DTX-sı məlumat yayıb.

“Şura üzvləri kimyəvi, bioloji, radiasiya və nüvə təhlükələrinin azaldılması üzrə milli strategiya və müvafiq tədbirlər planı çərçivəsində 2023-cü ildə görülmüş işlər və əldə edilmiş nəticələrlə bağlı məruzələrini təqdim ediblər. 2024-2026-cı illər üçün Təhlükələrin Azaldılması üzrə Milli Fəaliyyət Planı təsdiq edilib”, – məlumatda qeyd olunub.