metyu miller

Gürcüstan müxalif lider Georgi Qaxariyaya hücuma görə təcrid oluna bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.

“Biz qəti şəkildə dinc etirazçılara və müxalifətçilərə qarşı güc tətbiqini qınayırıq. Baş verən olan Gürcü Arzusu Partiyasının repressiv taktikalarının növbəti nümunəsidir. Bu, ölkəni izolyasiyada saxlayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Gürcüstan etirazlar keçən ilin sonlarından davam edir. Qərb ölkələri Gürcüstana sanksiyalar tətbiq edərək, onu avroatlantik kursdan imtinada ittiham ediblər.

Eritazlar zamanı Gürcüstanın keçmiş Baş naziri, müxalif Gürcüstan Naminə Partiyasının lideri Giorgi Qaxariya hücuma məruz qalıb və burnu sınıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: