Gürcüstan hökuməti qalmaqallı qanunu niyə geri çəkdi? – Detallar bilindi

Gürcüstan hökumətinin xarici agentlər haqqında qanunu geri çəkməsinin detalları bilinib.

Globalinfo.az xəbər verir ki, qərar qəbul edilməzdən az öncə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ABŞ dövlət katibinin müşaviri Derek Şouelle danışıb.

Telefon danışığı haqqında Şouel öz tvitterində məlumat yayıb. Tbilisi isə bu barədə rəsmi açıqlamadan imtina edib.

Bununla belə, müxalifət hökumətin addımına əmin olmadığını bildirib. Belə ki, hökumətin baş verənlər barədə daha ətraflı məlumat verməsi üçün bu gün axşam 19:00-da yenidən parlamentin önündə etiraz aksiyası təşkil edilib. Etiraz aksiyasında həmçinin son iki gündə saxlanılan bütün şəxslərin azadlığa buraxılmasının tələb ediləcəyi vurğulanıb.

Üstəlik, müxalifət sıralarında konsolidasiya güclənməyə başlayıb. Belə ki, Lelo Partiyasının rəhbəri Mamuka Xazaradze hakimiyyətə qarşı mübarizə üçün keçmiş baş nazir Georgi Qaxariya ilə arasında olan bütün mübahisələri müvəqqəti dayandırdığını açıqlayıb.

Qeyd edək ki, Xazaradze Gürcüstanın “boz kardinalı” Bidzina İvanişvilinin keçmiş ortağıdır. Məhz onun partiyası son hadisələr zamanı aparıcı qüvvələrdən biri olub.

İlkin Həsənov
Gloablinfo.az