kobaxidze irakli

Gürcüstanın Baş naziri hakimiyyətin “xarici agentlər” haqqında qanuna dəyişiklik etmək niyyətini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, Kobaxidze Avropa Şurasının Alen Berse ilə görüşdən sonra mətbuata açıqlamasında hökumətin qanun layihəsi ilə bağlı müzakirələrə hər zaman açıq olduğunu qeyd edib.

***

Gürcüstan hökuməti Avropa Şurasının baş katibinə xarici təsirin şəffaflaşdırılması haqqında qanunda dəyişiklik edəcəyini vəd edib.

Globalinfo.az xəbər verir ki, bunu avropalı deputat Alen Berse deyib.

Onun sözlərinə görə, Gürcüstan və Avropa Şurası işçi qrupu yaradacaq:

“Buraya Venesiya Komissiyası da daxil olacaq. Ümid edirəm ki, mümkün proseslər digər istiqamətlərdə də gerçəkləşəcək”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: