
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin yaxın zamanda Avropa Birliyinə tamhüquqlu üzv qəbul ediləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, o bu fikirləri Gürcüstanın AB-yə qəbul üçün rəsmi müraciətinin ildönümündə çıxışı zamanı deyib.
Qaribaşvili bir il ərzində ölkəsinin Birliyə üzv qəbul edilməsi üçün səylə çalışdıqlarını qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az