
“Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident Administrasiyasını (PA) öz evinin arxa baxçası hesab edir”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Spiker ölkə prezidentinin son açıqlaması ilə qanun pozuntusuna yol verdiyini bildirib:
“Prezident bir neçə həftədir ki, Avropa platformasının yaradılması üzərində çalışdığını açıqlayıb. Bu, konstitusiyaya uyğun deyil, qanun pozuntusudur. O, bir dəfə də belə pozuntuya yol vermişdi. Konstitusiya Məhkəməsi bunu müəyyən etdi, sübut da var. Parlamentdə səs çoxluğu ilə qəbul edilmiş bir layihənin qanunu pozduğunu deyir. Xanım Salomenin açıqlaması ölkənin siyasi maraqlarına zərər vurur. Prezidentin ictimaiyyətdəki nüfuzunu nəzərə alsaq, ona necə güvənildiyini anlaya bilmirəm”.
Ayşən Mustafa
Globalinfo.az