Gürcülər rus turistlərin gəmisini etirazla qarşıladı: saxlanılanlar var

Rusiyalı turistləri daşıyan “Astoria Gloria” kruiz laynerinin gəlişi səbəbilə Batumi limanı ərazisində keçirilən aksiya zamanı 10 etirazçı polis tərəfindən saxlanılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Batuminin polis rəisi İrakli Dqebuadze bildirib. Gürcüstanın Daxili İşlər Nazirliyi isə vətəndaşları sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmamağa çağırıb.

Qeyd edək ki, hazırda ərazidə etiraz aksiyası davam edir. Bəzi sərnişinlərin artıq polisin müşayiəti ilə avtobuslarla gəmini tərk etdiyi bildirilir.

Etirazçılar avtobuslara su butulkaları və yumurta atıblar. Ərazidə vəziyyətin bir neçə dəfə gərginləşdiyi bildirilir.