Gürcülərin 85%-i Gürcüstanın 2008-ci il müharibəsinə görə osetinlərdən üzr istəməsinə qarşı çıxıb.
Globalinfo.az xəbər verir ki, bu nəticə “Edison Research” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Cəmi 15% gürcü dövlətin 2008-ci il müharibəsinə görə üzr istəməsinə dəstək verib.
Qeyd edək ki, bu fikir bir neçə həftə öncə Gürcü Arzusu Partiyasının fəxri lideri Bidzina İvanişvili tərəfindən gündəmə gətirilib.
O, partiyasının seçkidə üstünlük qazancağı halda bu addımı atacaqlarını bildirib.