“Qərb Gürcüstanı əldən versə, Ermənistanı da itirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu gürcü politoloq Tornike Şaraşenidze deyib.
“Əgər Qərb indi “Gürcü arzusu”nun liderlərinə qarşı sanksiyalar tətbiq etsə, Belarus ssenarisi təkrarlana bilər. Qərbdə heç kim bunu istəmir. Çünki belə olan halda Gürcüstan həqiqətən də Rusiyanın tabeliyinə qayıdacaq. Gürcüstan hakimiyyəti artıq göstərdi ki, onlar sanksiyalardan və etirazlardan qorxmurlar. Əgər Qərb Gürcüstanı təcrid etsə, bu, Qərbin bütün Cənubi Qafqazı itirməsinə gətirib çıxaracaq. Çünki Gürcüstan coğrafi baxımdan regionun açarıdır. Qərb Gürcüstanı əldən versə, Ermənistanı da itirəcək. Bu zaman İrəvan da Rusiyaya üz tutacaq. Nə qədər ki, Cənubi Osetiya adlanan ərazidə Rusiyanın hərbi bazası var, Gürcüstanın NATO-ya qəbulu mümkün deyil. Rusiya qoşunlarının orada olması Gürcüstanın NATO-ya gedən yolunda ən mühüm maneədir”, – deyə Şaraşenidze vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az