Gurcustan secki hesablama

Gürcüstanda müxalifət bülletenlərin yoxlanılmasını tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” portalı məlumat yayıb.

Bildirilir ki, müxalifət Mərkəzi Seçki Komissiyasından seçki bülleteninin orijinalının standartlara uyğun olub-olmadığını müəyyən etmək üçün ekspertizaya göndərməyi tələb edib.

“Birlik-Milli Hərəkat” koalisiyası bildirir ki, bülletenlər şəffaf kağız üzərində çap edildiyi üçün bu, səsvermənin gizliliyi prinsipinin pozulması kimi dəyərləndirilməlidir.

Koalisiyanın sözçüsü Tamar Kordzaia bildirib ki, əgər MSK bülletenləri ekspertizaya təqdim etməsə, bu, seçim zamanı hökumətin vətəndaşları qorxutmaq üçün addım atdığını tam təsdiqləyəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: