FotoJet 2024 03 20T171845.222

Bu gün güneyli ekofəalı Səid Salehi Təbrizdə həbs olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Salehi atasının evinin qarşısında mülki geyimli hökumət qüvvələri tərəfindən həbs edilib və naməlum yerə aparılıb.

Qeyd olunub ki, güneyli fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar dəqiq bəlli deyil.

Paylaş: