gunelin qardasi

Ötən gün vəfat edən azərbaycanlı jurnalist Günel Cavadxan 4 il əvvəl qardaşı Yusif Məmmədovu itirib. 

Globalinfo.az baku.vs-ə istinadən xəbər verir ki, o dənizdə boğulan uşaqları xilas edərkən suda batıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yusif Məmmədov Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində boğulub.

Ailəli olan Yusifin qızı 16, oğlu isə 13 yaşındadır.

O ölkədəki banklardan birinin filial müdiri olub.

Məlumat üçün bildirək ki, Günel Cavadxan jurnalist fəaliyyəti ilə yanaşı PR-menecer kimi də çalışıb.

O ötən gün beyninə qansızmadan vəfat edib.

Onun yas mərasimi Heydər məscidində baş tutacaq.

1721983500 1721932787 1505362 1721983490 1721982217 p0cnwt5tcoqhhpnjjqlhnosjotl9ydjcrahjl478 1200

1721983467 388195

1721983493 1060245

Paylaş: