Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov bürünc medal qazandı

Polşada keçirilən şahmatın blits növü üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, əvvəlcə ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla qarşılaşan yığmanın şahmatçıları ilk dörd yeri tutaraq, pley-off mərhələsinə adlayıblar.

Reqlamentə əsasən, dairəvi sistemlə keçirilən yarışın pley-offunda niderlandlı Benjamin Boka məğlub olan Məmmədyarov 3-cü yer uğrunda dueldə Yan-Kşiştof Dudadan güclü olub.

Günay Məmmədzadə isə pley-offda niderlandlı Eline Rubersi üstələsə də, finalda Ermənistan təmsilçisi Elina Danielyana məğlub olaraq, ikinci yeri tutub.

I tur

Azərbaycan – Niderland – 0,5:1,5

Şəhriyar Məmmədyarov – Benjamin Bok – 0,5:0,5

Günay Məmmədzadə – Eline Rubers – 0:1

II tur
İsrail – Azərbaycan – 1:1

Maksim Rodşteyn – Şəhriyar Məmmədyarov – 0:1

Marsel Efroimski – Günay Məmmədzadə – 1:0

III tur
Azərbaycan – Polşa – 1,5:0,5

Şəhriyar Məmmədyarov – Yan-Kşiştof Duda – 0,5:0,5

Günay Məmmədzadə – Oliviya Kiolbasa – 1:0

IV tur
Rumıniya – Azərbaycan – 0,5:1,5

Kirill Şevçenko – Şəhriyar Məmmədyarov – 0:1

İrina Bulmaqa – Günay Məmmədzadə – 0,5:0,5

V tur
Azərbaycan – Ukrayna – 2:0

Şəhriyar Məmmədyarov – Andrey Volokitin – 1:0

Günay Məmmədzadə – Yevgeniya Doluxanova – 1:0

VI tur
Azərbaycan – İspaniya – 2:0

Şəhriyar Məmmədyarov – Xayme Santos Latasa – 1:0

Günay Məmmədzadə – Ann Matnadze Bujiaşvili – 1:0

VII tur
Ermənistan – Azərbaycan – 1:1

Şant Sarkisyan – Şəhriyar Məmmədyarov – 0,5:0,5

Elina Danielyan – Günay Məmmədzadə – 0,5:0,5

Pley-off mərhələsi, ilk görüş
Azərbaycan – Niderland – 0:2

Şəhriyar Məmmədyarov – Benjamin Bok – 0:1

Eline Rubers – Günay Məmmədzadə – 1:0

Pley-off mərhələsi, cavab görüşü

Niderland – Azərbaycan – 1:1

Benjamin Bok – Şəhriyar Məmmədyarov – 1:0

Günay Məmmədzadə – Eline Rubers – 1:0

Armagedon

Günay Məmmədzadə – Eline Rubers – 1:0

Kişilərdə 3-cü yer uğrunda ilk görüş

Yan-Kşiştof Duda – Şəhriyar Məmmədyarov – 0:1

3-cü yer uğrunda cavab görüşü

Şəhriyar Məmmədyarov – Yan-Kşiştof Duda – 1:0

Qadınlarda final, ilk görüş

Elina Danielyan – Günay Məmmədzadə – 1:0

Final, cavab görüşü

Günay Məmmədzadə – Elina Danielyan – 0:1