“Günay Bank”ın əməkhaqqı kartlarındakı pulların taleyi necə olacaq?

“Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank”da olan əməkhaqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək:

“Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir”.

Zaira Akifqızı
Globalinfo.az